Vəzifəli qadının bu işləri narazılıq yaratdı: Rabitə quyularının üzərində obyekt tikir -FOTO+VİDEO
04 Dekabr 2025, 13:07
Qaynar xətt:
(+99450) 247 90 86
ŞİKAYƏTLƏR
3864
04.02.2021, 15:59
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin həyat yoldaşı, professor Mehdiyeva Qalina Yuriyevna barəsində məhkəmə iddiası qaldırılıb.
Oxu24.com xəbər verir ki, yanvar ayının 21-də hazırlıq iclası təyin olunsa da baş tutmayıb. Növbəti məhkəmə iclası fevral ayının 19-u saat 10:15-də Bakı Kommersiya Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçiriləcək.
Qeyd edək ki, Mehdiyeva Qalina Yuriyevna barəsində məhkəmə iddiası qaldıran şəxs Səidov Elmar Çingiz oğludur. Elmar Səidov "Fireland Vineyards” MMC-nin ("Odlar Yurdunun Üzümlükləri") qanuni təmsilçisidir. 26.01.2007-ci ildə dövlət qeydiyyatına alınan "Fireland Vineyards” MMC Azərbaycanın ən böyük şərab istehsalçılarından biridir.
"Fireland Vineyards” MMC-nin direktoru Elmar Səidovun Ramiz Mehdiyevin həyat yoldaşı, professor Mehdiyeva Qalina Yuriyevnanı hansı səbəbdən məhkəməyə verdiyi açıqlanmasa da, hər iki şəxsi birləşdirən ortaq məqamlar var.
Məlumat üçün bildirək ki, "Fireland Vineyards” MMC xammal kimi əsasən Novxanı qəsəbəsində "Duzlu göl” adlandırılan ərazinin yaxınlığında yetişdirilən üzümdən istifadə edir. "Fireland Vineyards” MMC-nin Novxanıda A. Şıxlinski küçəsində "Marandi Wine Company” adlandırılan şərab zavodu da fəaliyyət göstərir.
Onu da bildirək ki, Novxanı qəsəbəsində Ramiz Mehdiyevin həyat yoldaşı, professor Mehdiyeva Qalina Yuriyevnaya məxsus böyük torpaq sahəsi var. Kənd Təsərrüfatı Nazirliyinin 2015-2018-ci illər üçün açıqladığı məlumatlarda göstərilir ki, Novxanı kəndində subsidiya alan yalnız 2 fermer təsərrüfatı olub. Onlardan biri Mehdiyeva Qalina Yuriyevna, digəri isə Mehdiyev Teymur Ramiz oğluna məxsus olub.
Noxvanı kəndi ilə bağlı sonuncu məlumat 2017-ci ildə açıqlanıb. Həmin məlumatda göstərilir ki, Mehdiyeva Qalina Yuriyevna sahib olduğu 113 hektar torpaq sahəsinə görə 5 650 manat, Mehdiyev Teymur Ramiz oğlu isə 42 hektar torpaq sahəsinə görə 2 100 manat subsidiya alıblar. Rəsmi məlumatlarda göstərilir ki, bu iki şəxsdən başqa Novxanı kəndində subsidiya alan torpaq sahibi olmayıb.
Həmçinin oxuyun
Məlumat üçün qeyd edək ki, "Google Earth” proqramından baxdığımız zaman Novxanı kəndi ərazisində 155 hektarlıq böyük bir torpaq sahəsini əhatə edən yeganə ərazinin də "Duzlu göl” adlanan gölün yaxınlığında yerləşdiyi görülür. Bu səbəbdən həmin torpaq sahəsinin Ramiz Mehdiyevin ailəsinə məxsus olduğunu, həmçinin "Fireland Vineyards” MMC-nin xammal kimi məhz bu ərazidə əkilən üzümdən istifadə etdiyini söyləmək olar.
Xatırladaq ki, 2018-ci ildə isə Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti Səidov Elmar Çingiz oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə ərizə təqdim edib. Hazırda "Fireland Vineyards” MMC-nin dövlət büdcəsinə də böyük həcmdə - 440 min 963 manat 20 qəpik vergi borcu var. (yeniavaz.com)



12:54 / 14 Dekabr 2025
8
12:18 / 14 Dekabr 2025
104
12:06 / 14 Dekabr 2025
151
11:38 / 14 Dekabr 2025
38
11:30 / 14 Dekabr 2025
426
11:22 / 14 Dekabr 2025
29
10:43 / 14 Dekabr 2025
698
10:33 / 14 Dekabr 2025
75
10:20 / 14 Dekabr 2025
64
09:40 / 14 Dekabr 2025
69
09:15 / 14 Dekabr 2025
205
08:58 / 14 Dekabr 2025
135
08:46 / 14 Dekabr 2025
185
08:43 / 14 Dekabr 2025
69
01:21 / 14 Dekabr 2025
1423
00:52 / 14 Dekabr 2025
1109
00:43 / 14 Dekabr 2025
177
00:04 / 14 Dekabr 2025
1640
23:47 / 13 Dekabr 2025
1880
23:44 / 13 Dekabr 2025
112
23:30 / 13 Dekabr 2025
123
22:45 / 13 Dekabr 2025
758
22:30 / 13 Dekabr 2025
187
22:28 / 13 Dekabr 2025
220
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.